Ağdaşda Yeni il gecəsi içki və qidadan zəhərlənmə halları baş verib.

"Unikal"ın məlumatına görə, zəhərlənmə halları Ləki qəsəbəsi və Bulaqotu kəndində qeydə alınıb.

Bayram süfrəsi arxasında içki və qidadan zəhərlənən zərərçəkmişlər təcili yardım xidməti və ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıblar.

Ehtiram Muradov