Yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik Belarusdan Qazaxıstana keçib.
"Unikal" xəbər verir ki, keçən ilin noyabrında Minskdə keçirilən sammitdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin prioritetlərini açıqlayıb.
Bu prioritetlər beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, BMT və onun strukturları, Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi daxildir.