İrəvanda Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin keçmiş rəisi, general-mayor Edik Barseqyana məxsus “Renessans” mehmanxana və restoran kompleksi qarət edilib.
"Unikal" xəbər verir ki, bu barədə erməni kriminal xronika saytı məlumat yayıb .
Hadisə dekabrın 29-da baş verib.
O, bildirib ki, həmin gün saat 01:30-dan 06:30-a kimi naməlum şəxslər pəncərəni sındıraraq binaya daxil olub və içərisində bir neçə milyon dram olan odadavamlı seyfi çıxarıblar. Hadisə yerinə polis əməkdaşları və müstəntiqlər gəlib.