Keçmiş futbolçu Devid Bekhemin həyatından bəhs edən sənədli filmdən qazandığı məbləğ məlum olub.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
O, ötən ilin oktyabrında premyerası baş tutan "Bekhem" adlı ekran işindən 72 milyon funt-sterlinq (təxminən 155,829 min manat) gəlir əldə edib.
Mütəxəssislərin fikrincə Devid və həyat yoldaşı Viktoriya 2024-cü ildə birlikdə 100 milyon funt-sterlinq pul toplaya biləcək.
Qeyd edək ki, sözügedən film "Netflix" platformasında yayımlanır.