Ueyn Runi "Birminqem"in baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
"Unikal" xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Bildirilib ki, Çempionşip təmsilçisi komandanın pis nəticələrinə görə ingiltərəli mütəxəssislə yolları ayırıb. Klubun yaxın vaxtlarda rəsmi açıqlama yayacağı gözlənilir.
Ueyn Runi 2023-cü ilin oktyabrında "Birminqem"i çalışdırırdı. Onun rəhbərliyi altında İngiltərə klubu 15 oyun keçirib, 2 qələbə qazanıb, 3 matçda uduzub və 4 oyunda heç-heçə edib.