“Qarabağ” və "Neftçi"nin sabiq futbolçusu Ailton Silvanın yeni klubu müəyyənləşib.
"Unikal" xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Braziliyada davam etdirəcək.
O, C liqasında mübarizə aparan “Amazonas”la 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2015/2016 mövsümündə “Neftçi”də, 2019/2020 mövsümündə isə “Qarabağ”da çıxış edib.