"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş komandadan ayrılmağa hazırlaşır.
"Unikal" xəbər verir ki, bunu ulduz futbolçunun menceri Cord Qardi Türkiyə mətbuatına açıqlamasında deyib.
"Ziyeşin "Qalatasaray" macərası yaxşı başladı, amma yaxşı davam etmədi. "Qalatasaray" rəhbərliyinə ayrılmaq istədiyimizi bildirmişik. Bizə heç bir maneə yaratmayacaqlar" - deyə o bildirib.
Qeyd edək ki, "Qalatasaray" Hakim Ziyeşi ötən ilin avqust ayında "Çelsi"dən icarəyə götürüb. O, İstanbul klubunda 14 rəsmi matçda 4 qol vurub.