Gəncədə iki minik maşını toqquşub.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsinə gedən yolda  qeydə alınıb. Hərəkətdə olan "Mersedec" və "VAZ 2107 " markalı minik maşınları toqquşub. Qəza zamanı 3  nəfər  xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov