Ukrayna sərhəd xidməti Macarıstanla sərhəd yaxınlığında 12 nəfəri saxlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hərbi xidmətdən yayınan kişilərə sərhədi keçməyə kömək edən təşkilatçı da tutulub. 

Bildirilir ki, sərhədçilər həmin şəxslərin qarşısını almaq üçün atəş açmalı olub.  Sərhədi keçmək istəyənlərin hər biri təşkilatçıya 12 min qrivna (316 dollar) ödəyib.