Alimlər duzun həddindən artıq istehlakının orqanizm üçün fəsadlarını araşdırıblar. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Orleandakı Tulane Universitetinin Piylənmə Tədqiqat Mərkəzindən Dr.Lu Qi və bir sıra tədqiqatçı bu araşdırmaya cəlb olunub.  

Alimlər artıq çəki, məşq etməmək, siqaret və ya spirtli içki qəbul etmək kimi digər sağlamlıq problemlərini də nəzərə alaraq, əlavə duz istehlakını yararsız olduğunu bildiriblər. 

Dr.Lu Qinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu “Əlavə edilmiş pəhriz duzu ümumi əhali arasında xroniki böyrək xəstəliyinin inkişaf riskinin artması ilə əlaqələndirilir”, - deyə məlumat yayıb. 

Qi və onun həmkarları qidaya duz əlavə etməyin ürək-damar xəstəliklərinin, 2-ci tip diabetin inkişaf riskini artırdığını və ömrün qısaldığını göstərən araşdırmalar təqdim ediblər. 

Bununla belə, Qi komandası qeyd edir ki, süfrə duzu ilə ümumi əhalidə böyrək xəstəliyinin inkişaf ehtimalı arasında əlaqə yaxşı öyrənilməmişdir.

Bunun üçün onlar  Britaniya sağlamlıq məlumat bazasında qeydiyyatdan keçən böyrək xəstəliyi olmayan, orta hesabla 56 yaşında olan 465,000-dən çox insan haqqında məlumatları təhlil ediblər. İştirakçıların sağlamlığı və həyat tərzi 2006-cı ildən 2023-cü ilə qədər izlənilib.

Tədqiqatçıların fikrincə, tədqiqat dövründə 22 mindən çox böyrək xəstəliyi aşkar edilib.

Yeməklərinə heç vaxt duz əlavə etməyən insanlarla müqayisədə, duz əlavə edənlərdə böyrək problemləri daha çox olub.  Alimlər araşdırmanın davam etdiyini bildiriblər.