Yanvarın 3-də mürəkkəb danışıqlar prosesi nəticəsində 248 rusiyalı hərbçi Ukraynadan geri qaytarılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri azad edilmiş hərbi qulluqçuları müalicə və reabilitasiya üçün Müdafiə Nazirliyinin tibb müəssisələrinə çatdırıb.