Yevlaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə Yevlax şəhərində, Elburus Məmmədov küçəsindəki evlərdən birində baş verib. Yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək halı pisləşən 1990-cı il təvəllüdlü şəhər sakini Əliyeva Şəlalə Səyyar qızı təcili xəstəxanaya çatdırılıb.

Ehtiram Muradov