Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyasına təşkilatın baş katibi Sergey Lebedev rəhbərlik edəcək.
"Unikal" xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"MDB müşahidəçilər missiyası Azərbaycan Respublikası Hökumətinin dəvəti ilə seçki kampaniyasının monitorinqini aparacaq. Missiyanın işi siyasi neytrallıq, seçki prosesinə və dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanaraq, ciddi şəkildə milli qanunvericiliyə uyğun olacaq", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
Ağarza Elçinoğlu