Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində Türkiyəyə qarşı əməliyyat planları hazırlayan PKK terrorçusu Sadık Şeyx Əhmədi zərərsizləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
MİT-in apardığı araşdırmalarda Əhmədin Pencevin çölündə fəaliyyət göstərən və Türkiyəyə qarşı əməliyyat planlaşdıran Eriş Berxvedan kod adlı terrorçu olduğu müəyyən edilib.
Kəşfiyyatçılar onun yerini müəyyən edib. Sadık Şeyx Əhməd MİT-in keçirdiyi əməliyyatla zərərsizləşdirilib.