KAIST İnstitutunun Cənubi Koreyalı mühəndisləri tərəfindən hazırlanmış dördayaqlı HOUND robotu 100 m məsafəni 19,87 saniyəyə qət edərək Ginnesin Rekordlar Kitabına düşüb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qeyd olunub ki, bütün hərəkətlər simulyatora quraşdırılmış tək nəzarətçidən istifadə etməklə həyata keçirilib. Robot it orta sürəti 18,1 km/saat qət edərək rekorda imza atıb. 

Ağarza Elçinoğlu