Hindistan Ukraynaya heç bir artilleriya mərmisi göndərməyib.

"Unikal" xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval brifinq zamanı deyib. 

"Biz bu məsələ ilə bağlı bəzi xəbərlər görmüşük. Lakin qəti şəkildə bildiririk ki, Ukraynaya hər hansı artilleriya sursatı göndərməmişik", - deyə nazir bildirib.

Bundan əvvəl bir sıra KİV-də Ukraynanın Hindistandan "AHS Krab" özüyeriyən artilleriya qurğusuna uyğun olan 155 mm-lik artilleriya mərmilərini əldə etməsi barədə məlumat yayılıb.