Belarus prezidenti Aleksandr Lukaşenko əvvəllər nazirin birinci müavini vəzifəsində çalışmış Yuri Çebotarı ölkənin yeni iqtisadiyyat naziri təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Lukaşenko Çebotarın departamentdə fəal rol oynamasını arzuladığını vurğulayıb və onu heç bir halda yalan danışmamağa çağırıb.

“Mən onu İqtisadiyyat Nazirliyində görmək istərdim. Bilirsiniz ki, mən İqtisadiyyat Nazirliyinin işindən tam razı deyiləm. Ümid edirəm, vəziyyət dəyişəcək. Ona məsləhətim, heç bir halda yalan danışma”, - deyə Belarus prezidenti qeyd edib.