“Qarabağ” klubu qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.
Klubdan "Unikal"a verilən məlumata görə, Ağdam təmsilçisi “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevi transfer edib. Azərbaycan millisinin üzvü olan 28 yaşlı oyunçu ilə 3,5 illik müqavilə imzalanıb.
Aleksey İsayev 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. O, bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), Azərbaycanda isə “Sumqayıt”da (2018-20) çıxış edib.