Küveyt əmiri Şeyx Maşal Əl-Əhməd Əl-Cabir Əl-Sabah Şeyx Məhəmməd Sabah Əl-Salem Əl-Sabahı ölkənin yeni baş naziri təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə KUNA agentliyi məlumat yayıb. 

Yeni baş nazir gələcək Nazirlər Kabinetinin əmir tərəfindən təsdiqlənəcək üzvlərini irəli sürməli, həmçinin Milli Məclisə - Küveytin birpalatalı parlamentinə hökumətin formalaşması barədə hesabat verməlidir. 

Şeyx Maşal dekabrın 16-da vəfat edən Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın yerinə keçib. Yeni əmir Milli Məclis qarşısında and içdikdən sonra Küveyt hökuməti istefa verib.

Şeyx Maşal dekabrın 20-də keçmiş baş nazir Şeyx Əhməd Nəvaf əl-Əhməd əl-Sabahın hökuməti istefaya göndərmək tələbini qəbul edib.