Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldu əfsanəvi Dieqo Maradonanın adını daşıyan mükafata layiq görülüb.

"Unikal" xəbər verir ki, Ronaldu mükafatı 2023-cü il təqvim ilinin bombardiri kimi alacaq.

38 yaşlı portuqaliyalı 54 qola imza atıb.

Ronaldu mükafatı yanvarın 19-da Dubayda keçiriləcək “Globe Soccer Awards” mərasimində alacaq.