İndoneziyada 2 sərnişin qatarının toqquşması nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

"Unikal" İndoneziya mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 6:03-də Bandunq şəhəri yaxınlığındakı Sikalenqa stansiyasında baş verib. Qatarlardan biri şəhər mərkəzi ilə şəhərətrafı arasında hərəkət edən, digəri isə Surabaya şəhərindən gələn qatar olub. Ölənlər qatarların maşinistləridirlər.

Hazırda hadisə yerində axtarış işləri və təhqiqat aparılır.