UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" hücum xəttini gücləndirmək istəyir.
"Unikal" "L'Équipe"ə istinadən xəbər verir ki, Portuqaliya klubu PSJ-dən Şer Nduru icarəyə götürməyi planlaşdırır.
Bu mövsüm 3 oyunda cəmi 25 dəqiqə meydanda olan hücumameyilli yarımmüdafiəçi baş məşqçi Luis Enrikeninin planlarına daxil deyil. "Braqa" ilə yanaşı "Beşiktaş" da italiyalı futbolçunu heyətinə cəlb etməyə çalışır.
Qeyd edək ki, "Qarabağ" ilə "Braqa" arasındakı ilk görüş 2024-ün fevralın 15-də Portuqaliyada, cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.