"Kəpəz" qış transfer pəncərisində yeni futbolçu ilə güclənib. "Sarı-göylər" "Səbail"dən Amil Yunanovu cari mövsümün sonunadək icarə əsasında heyətinə qatıb.

"Unikal" xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, A. Yunanov mövsümün ilk yarısında "dənizçilər"in heyətində 14 oyunda 4 qol və 1 məhsuldar ötürmə edib.