Ermənistan Prokurorluğu Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Aykaz Baqmanyana qarşı yeni cinayət işi açıb.

"Unikal" xəbər verir ki,  bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, general 251 milyon dram (600 min ABŞ dolları) məbləğində çirkli pulların yuyulmasında ittiham olunur.

Ötən ilin əvvəlindən o, əmlakını və külli miqdarda gəlirlərini gizlətməkdə, habelə qanunsuz yollarla varlanmaqda ittiham olunurdu.