"Real"ın futbolçusu Arda Güler sabah Madrid təmsilçisində debüt edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib.
O bildirib ki, Türkiyə millisinin üzvü İspaniya kubokunda "Arandina"ya qarşı matçda start heyətdə oynaya bilər.
Qeyd edək ki, ötən ilin yayında Madrid təmsilçisinə transfer olunan Arda zədə səbəbindən debüt edə bilməyib.