Yaponiyada yanvarın 1-dən davam edən zəlzələlər nəticəsində ölənlərin sayı 126-ya çatıb

"Unikal" xəbər verir ki, bu barədə Yaponiya hakimiyyət orqanlarının açıqladığı son məlumatlarda bildirilib.

Məlumata görə, ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

xxx

08:59

Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatıb.

"Unikal" xarici mediasına istinadla xəbər verir ki, səlahiyyətli qurumlar 211 nəfərin hələ də itkin hesab olunduğunu bildirir. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə fövqəladə hallar işçiləri ilə yanaşı, özünümüdafiə qüvvələrinin 5 minə yaxın hərbçisi də cəlb olunub.