“Udineze” heyətinə yeni futbolçu cəlb edib.

"Unikal" xəbər verir ki, İtaliya klubu Argentinanın “Veles Sarsfild” klubunun müdafiəçisi Lautaro Canetti ilə güclənib.

30 yaşlı futbolçu azad agent kimi A Seriyası komandasına keçib. Onunla müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Argentinalı futbolçu daha öncə yalnız “Veles Sarsfild”də oynayıb.