"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, Artur Jorjenin rəhbərlik etdiyi kollektiv doğma meydanda "Gimaraynş"la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, “Braqa” hazırda ölkə çempionatında 33 xalla 4-cü yerdədir.