"Terror aktları üçün nəzərdə tutulmuş 60-dan çox bomba aşkar etmişik".

"Unikal" xəbər verir ki, bunu Kerman əyalətinin silahlı qüvvələrin məhkəmə təşkilatının sədri Əhməd Təvəkkoli bildirib.

O, qeyd edib ki, Qasım Süleymaninin ölümünün ildönümündən bir gün öncə bir neçə əyalətdə partlamağa hazır vəziyyətdə olan 60-dan çox bomba aşkarlanıb və dərhal zərərsizləşdirilib. 

Onun sözlərinə görə, bu bombalardan 16-sı Qasım Süleymaninin dəfn edildiyi Kerman şəhər qəbiristanlığında aşkar edilib. 

Əhməd Təvvəkoli bu hadisəni Amerika və İsrail hökumətlərinə bağlayıb və qeyd edib ki, bu, İran hakimiyyətinə və Qasım Süleymaniyə qarşı kin və nifrət göstəricisidir.