20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında sonuncu oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Polşa ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin məğlubiyyəti ilə bitib - 0:3 (9:25, 11:25, 9:25).

Komandamız əvvəlki dörd oyunda Estoniya, Latviya, Ukrayna və Litvaya da eyni hesabla yenilib.