“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi ilə qonşu olan Patrik Bet-Devid futbolçunun yaşadığı ərazidəki qiymətlərə təsirindən danışıb.
"Unikal" xəbər verir ki, onun sözlərini Mundo Deportivo yayıb.
“Evimi 20 milyon dollara aldım, Messi gələndən sonra 45 milyon dollar oldu. Beləliklə, kapitalımı 25 milyon dollar artırdım. Messi bu əraziyə köçəndən sonra hamı burada yaşamaq istəyir. Bura tək girişi olan hasarlanmış və çox təhlükəsiz ərazidir. İndi Messi buradadır, insanlar onu görmək ümidi ilə qayıqlarla bura gəlirlər” – deyə o qeyd edib.
Qeyd edək ki, Messi Fort-Loderdeyl kurort şəhərində yaşayır.