“Ordu olmasa, dövlət də olmaz, bizi bir gecədə yeyərlər”.

"Unikal" xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç yerli televiziya kanalında Milad bayramı çərçivəsində pravoslav xristianların qatıldığı proqramda orduya verdiyi əhəmiyyətlə bağlı açıqlamalar verib.

Serbiya lideri Vuçiç " Bizim üçün Serbiyaya yeni bir şey gətirmək çətindir , çünki heç kim hərbi cəhətdən neytral bir ölkənin bizim qədər tez güc qazanmasına imkan verməyəcək. Biz 12 yeni müasir avadanlıq almaq prosesindəyik" deyə prezident bildirib.

Vuçiç son vaxtlar ölkədə hərbi xidmətin məcburi edilməsi cəhdlərinə də toxunaraq, "Pulumuz var, tək sual insanımız olub-olmamasıdır. Bu gün tank baxımından super gücümüz var, çoxlu tankımız var, amma problem ondadır ki, bizim kifayət qədər insanımız yoxdur. Serbiyanın cənubu bütün ölkəni əhatə edir. Onu müdafiə edə bilmirik".

“Ordu olmasa, dövlət də olmaz, bizi bir gecədə yeyərlər”. Vuçiç bəyanatından istifadə edərək ölkə ordusunun əvvəlki illərlə müqayisədə 3 dəfə güclü olduğunu qeyd edib.

Serbiya Müdafiə Nazirliyinin ötən həftə verdiyi yazılı açıqlamada, "Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin artırılması hədəfləndiyini deyib. Bu çərçivədə Baş Qərargah, hərbi xidmətin məcburi və son olması üçün prezident Aleksandr Vuçiçə yazılı təklif təqdim edib.

2010-cu ildə Serbiyada keçirilən parlament səsverməsində hərbi xidmətin məcburi olmamasına qərar verilib.