Çin hakimiyyəti ABŞ-ın Tayvan hökumətinə silah tədarükü və Vaşinqtonun Çin şirkətləri və fiziki şəxsləri üzərindəki məhdudiyyətlərinə görə beş Amerika şirkətinə qarşı cavab sanksiyaları tətbiq edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“ABŞ Çinin Tayvan bölgəsinə silah satmaqla, müxtəlif bəhanələrlə Çin müəssisə və şəxslərinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq etməklə “vahid Çin” prinsipini açıq-aşkar pozur”, - deyə bəyanatda bildirilir.