Dünən Ankarada vəfat edən Əməkdar artist Aygün Bəylər ilə vida mərasiminin keçiriləcəyi yer açıqlanıb.

"Unikal" xəbər verir ki, sənətçi ilə vida mərasimi Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçiriləcək.

Mərhum Suraxanı qəbirstanlığında dəfn olunacaq.