Şahmat üzrə keçmiş dünya çempionu norveçli Maqnus Karlsen İddiaçılar turnirində iştirakdan imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə Karlsenin özü Chess.com-a danışıb.

“Əsas səbəb iştirakın mənim xoşuma gəlməməsidir. Hər çey çox sadədir. Turnirdə iştirak etməyəcəyəm. Narahat olmayın”, - deyə Karlsen bildirib.

Qeyd edək ki, İddiaçılar turniri aprelin 2-dən 25-dək Kanadanın Toronto şəhərində keçiriləcək.