Kanadanın baş naziri Castin Trüdo İranı "Hizbullah" və Fələstinin HƏMAS hərəkatına verdiyi dəstək vasitəsilə sülhü və qlobal təhlükəsizliyi pozmaqda ittiham edib.

"Unikal" xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında məlumat paylaşıb. 

"İran İslam Respublikası rejimi öz ölkəsində insan haqlarına məhəl qoymur, HƏMAS, "Hizbullah" və onun bütün dünyadakı digər vəkillərini dəstəkləməklə dünya sülhünü və qlobal təhlükəsizliyi pozmağa davam edir”, - deyə Trüdo bildirib.

Baş nazir əlavə edib ki, Kanada və müttəfiqləri bu illər ərzində “İran rejimini öz hərəkətlərinə görə cavabdeh tutmaq” üçün müxtəlif səylər göstəriblər.

Gülayə Mecid