"Barselona"nın müdafiəçisi İniqo Martines İspaniya kubokunun 1/16 final mərhələsində "Barbastro" ilə oyunda (2:3) zədələnib.

"Unikal" "Sport.es"ə istinadən xəbər verir ki, sol budunda ağrılar olan futbolçu təxminən 5 həftə meydana çıxa bilməyəcək.

Qeyd edək ki, İniqo matçın 64-cü dəqiqəsində meydana çıxsa da, 10 dəqiqə sonra zədələnərək əvəzlənib. O, bu mövsüm Kataloniya klubunun heyətində 11 matçda meydana çıxıb.