Ermənistanın N saylı hərbi hissəsində zabit Karen Arayik Karapetyanı güllələyərək öldürən əsgər həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin Vardenis İdarəsi məlumat yayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb. İstintaq qrupu yaradılıb.

***11:03

Ermənistanın Vardenis bölgəsində hərbçilərdən biri ona təhkim olunmuş silahla qətl törədib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Məlumata görə, yanvarın 9-u səhər saatlarında çağırışçılardan biri onunla eyni postda xidmət edən zabit Karen Arayik Karapetyanı güllələyib. 

Fakt araşdırılır. 

Ağarza Elçinoğlu