Yanvarın 1-də Yaponiyanın İşikava prefekturasının Noto yarımadasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 202 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Təbii fəlakət nəticəsində 565 nəfər yaralanıb. Daha 323 nəfər itkin düşmüş hesab edilib, onlardan 281-i Vacima şəhərinin sakinləridir. Zəlzələdən ən çox zərər çəkən bu yaşayış məntəqəsi olub.