Şabran rayonunda intihar hadisəsi olub.

"Unikal"ın məlumatına görə, Şabran rayonunun Rəhimli kəndində fərdi yaşayış evinin həyətində 1967-ci il təvəllüdlü Kərimov Vüqar Qüdrətdin oğlu özünə qəsd edib. 

V.Kərimovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca