Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “AzSamand” markalı yük avtomobili və “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər köməksiz vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşların avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilməsi təmin edilib.