Perinatal Mərkəzdə baş verən yanğın zamanı 60 uşaq təxliyə olunub.
"Unikal"ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov Respublika Perinatal mərkəzdəki yanğından sonra təxliyyə edilənlərin son durumu haqqında danışarkən deyib.
O qeyd edib ki, hazırda təxliyyə edilənlərin vəziyyəti tam nəzarətdədir. Onların müalicələri davam etdirilir.