Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis yanvarın 10-da İrəvana səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
Səfər çərçivəsində yunanıstanlı nazir erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.
Bundan sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.
Xatırladaq ki, hələ ötən ilin dekabrında Yunanıstan Xarici İşlər Nazirliyinin rəhbəri Ermənistana səfər etmək niyyətində olduğunu bildirmişdi .