İranın Əlborz əyalətində kosmetika istehsalı zavodunda baş verən yanğın nəticəsində xəsarət alanların sayı 53-ə çatıb.
"Unikal" İRNA-ya istinadən xəbər verir ki, xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Partlayış yerində baş verən yanğın söndürülür.
xxx
18:58
İranın şimalındakı Fərdis bölgəsində kosmetika fabrikində partlayış baş verib, 20-dən çox adam xəsarət alıb.
"Unikal" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Fərdis bölgəsində (İranın şimalında, Əlborz əyalətində yerləşir ) Simin kosmetika fabrikində baş verən partlayışda yaralanan 23 nəfəri xəstəxanaya çatdırıblar.
Qeyd olunur ki, bu hadisə nəticəsində bir sıra zərərçəkənlərin ümumi vəziyyəti kritik qiymətləndirilir.