Fələstin prezidenti Mahmud Abbasın fevral ayında Rusiyaya səfər edəcəyi gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə Fələstin prezidentinin müşaviri Mahmud əl-Habbaş məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.

"Konkret tarix hələ ki, təyin edilməyib. Lakin çox güman ki, səfər fevral ayında baş tutacaq", - o deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər naziri Mixail Boqdanov jurnalistlərə Mahmud Abbasın 15 noyabr 2023-cü ildə səfər edəcəyi barədə məlumat vermişdi. Lakin səfər Fələstin tərəfinin istəyi ilə təxirə salınıb.