ABŞ-ın keçmiş prezidenti Donald Tramp toxunulmazlıq hüququ ilə bağlı dinləmələr üçün çərşənbə axşamı Vaşinqtondakı apellyasiya məhkəməsinə gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Yanvarın 9-da ABŞ paytaxtında apellyasiya məhkəməsində üç hakimdən ibarət kollegiya siyasətçinin aşağı instansiya məhkəməsinin keçmiş prezidentin toxunulmazlıq hüququnu tanıyan qərarından şikayətinə baxacaq.

ABŞ-ın keçmiş prezidenti dörd cinayət işi üzrə 91 ittihamla üzləşib. Ən ağır ittihamlarla Trampı 20 ilə qədər həbs gözləyir. İttihamların cəminə əsasən, siyasətçini 700 ildən çox həbs cəzası gözləyir.

Tramp seçki prosedurlarına müdaxilədə ittiham olunur. Digər epizodlar arasında o vaxtkı prezidentin tərəfdarlarının izdihamının Kapitoliyə hücumu da var.

Prokuror Cek Smit də Trampın 2021-ci ilin yanvarında Kapitoliya hücumu zamanı zorakılığı dayandırmaqda maraqlı olmadığını söyləyib.