Ermənistan Silahlı Qüvvələrinin Basarkeçər rayonundakı postlarından birində hərbçinin meyiti tapılıb. Meyitin həmin hərbi hissədə xidmət edən leytenant Mikael Danielyana mənsub olduğu müəyyən edilib. Yol əlverişsiz olduğu üçün meyiti yalnız axşam saatlarında xəstəxanaya çatdırmaq mümkün olub.

"Unikal" xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi məsələyə münasibət bildirməyib.

Qeyd edək ki, bu gün səhər saatlarında eyni rayonda postda xidmət aparan əsgər ona təhkim olunmuş silahdan atəş açaraq zabiti öldürüb.