İsrail şimalda, Hizbullahın yerləşdiyi Livan sərhədi yaxınlığındakı əlavə qoşunlara silah və sursat paylayacaq.

"Unikal" xəbər verir ki, İsraillə HƏMAS arasında qarşıdurmaların başladığı 7 oktyabrdan bəri "müharibənin genişlənməsi" dünyada ortaq bir narahatlıq olaraq ortaya çıxsa da, Tel-Əvivdən gərginliyi artıracaq addımlar atılmağa davam edir.  

Bildirilib ki, İsrail Müdafiə Nazirliyi və ordusunun birgə layihəsi olaraq bu həftə ərzində ölkənin şimalında silah və sursat paylanacaq.

İsrail mətbuatında yer alan xəbərə görə, "Mashiv Harauch" adlı proqram çərçivəsində İsrailin oktyabrın 7-dən bu yana hücumlarını davam etdirdiyi Qəzza zolağı yaxınlığında əlavə hərbçilərin də eyni vaxtda gücləndiriləcəyi qeyd edilib.

Bildirilib ki, İsrailin şimalındakı əlavə hərbçilərə yüksək standartlı silahlar, gülləkeçirməz jiletlər və dəbilqələr veriləcək, həmçinin tibbi və logistika ləvazimatları dəstəklənir.

Ordunun texnika ilə təmin edilməsi ilə yanaşı, şimalda əlavə hərbçilərə təlim keçəcəyi də bildirilib.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü il tarixindən bu yana sərhəddə davam edən qarşıdurmalarda 28 Livanlı mülki vətəndaş, 157 Hizbullah üzvü, 5 İsrail vətəndaşı və 9 İsrail əsgəri həlak olub.