Ermənistanın Şirak bölgəsinin Arap qəsəbəsində ikisi rusiyalı hərbçi olmaqla 3 nəfər saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Patrul xidməti əməkdaşları "Opel" markalı avtomobili yoxlamaq məqsədi ilə saxlayıb. Maşında narkotik tapılmasından sonra Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbçiləri -  A.P. və VT, həmçinin daha bir erməni həbs edilib. 

Qeyd olunub ki, tutulan Rusiya vətəndaşları Ermənistandakı 102-ci hərbi bazanın zabitləridir. 

Ağarza Elçinoğlu