Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı sursatlar aşkar edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən 23 əl qumbarası, 19 ədəd müxtəlif çaplı mərmi, patronlar və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.